Ötən mövsüm “Qəbələ”nin şərəfini qoruyan Rəşad Əzizli hazırda işsizdir. Qapıçının bölgə klubu ilə bir illik müqaviləsi bu yay başa çatdı.

Onun sabiq komandası “Neftçi”yə qayıdacağı deyilsə də, futbolçu hələ ki gözləmədədir.

Görəsən, qolkiperin yeni mövdümə harda başlamaq ehtimalı var? I Lıqadan təklif olarsa dəyərləndirməyi düşünürmü?

Futbolinfo.az saytına açıqlamasında Əzizli bunları dedi: “Hələlik rəsmi təklif yoxdu. Millinin qapıçı-məşqçisi Kamran Ağayevlə birlikdə hər gün fərdi məşqlərimizi edirik. Danışıq apardığım heç bir klub yoxdur. Uyğun variant olarsa, dəyərləndirəcəm. I Liqada çıxış etməyi hələlik düşünmürəm”.

Əzizli daha öncə “Şamaxı”, “Rəvan”, AZAL, “Səbail”, “Neftçi” “Sumqayıt” və “Zirə”nin də formasını geyinib.

GÜNAY SÜLEYMANOVA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp