“Şamaxı” heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, bölgə təmsilçisi növbəti transferini reallaşdırıb.
“Şamaxı” Vasili Radenoviçi heyətinə qatıb. Mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.
Radenoviçin son klubu Bosniya və Hersoqavinanın “QOSK Qabela” olub.
“Şamaxı” bunadək Adil Nağıyev, Rafael Məhərrəmli, İlkin Muradov, Rauf Rüstəmli, Rüfət Abbasov, Belaydi Pusi, Brahim Konate, Georgi Kantariya, Kamal Bayramov və Fəxri Məmmədlini sıralarına qatmışdı.