2024-cü il Olimpiy Oyunlarının açılış mərasiminin bədii rəhbəri Tomas Jolli iyulun 26-da baş tutacaq tədbir haqqında danışıb. Parisdə Olimpiadanın açılışı Sena çayında baş tutacaq.

“Açılış mərasiminin açıq havada keçirilməsi və keçmiş mərasimlərin ənənəsindən kənara çıxmaq, Paris-2024 təşkilat komitəsinin Olimpiadanı hamı üçün açıq etmək istəyinə uyğundur. Mərasimdə çoxlu ilklərin olacağına ümid edirəm ki, bu da tarixə düşəcək.

Ən möhtəşəm işə sahib olduğum üçün şanslıyam: Sena Parisin və ümumiyyətlə Fransanın tarixində unikal yer tutur. Şou yaratmaq arzularla reallığın müqayisəsidir. Daha aydın dillə desək, mənim əsas vəzifəm bu tədbirə ləyaqətlə ev sahibliyi etmək və yüz illik fasilədən sonra Olimpiya Oyunlarının Parisə qayıtmasını qeyd etməkdir”, – deyə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəsmi saytına müsahibəsində Jolly vurğulayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp