İyulun 26-da Fransanın paytaxtı Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasimi zamanı idmançıların daşınması üçün istifadə edilən qayıqlarda tualetin olmaması milli komandaları gözlənilməz vəziyyətə salıb.

Parisdə tarixdə ilk dəfə olaraq Olimpiadanın açılış mərasimi stadionda keçirilməyəcək. Şənlik Austerlitz körpüsündən başlayaraq Sena çayı boyunca Notr-Dam kilsəsinin yanından keçəcək və Eyfel qülləsinin yaxınlığında sona çatacaq.

“Ən böyük nümayəndə heyətlərindən biri olduğumuz üçün hələ də tualetli qayığımızın olub-olmayacağı ilə bağlı təsdiq almamışıq. Amma hələ ki buna ümid edirik.

Minmə və düşmə məntəqələrində tualet olacaq. Sena çayı boyunca üzməyimiz 40 dəqiqədən 45 dəqiqəyə qədər vaxt alacaq”, – deyə Avstraliya nümayəndə heyətinin rəhbəri bildirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp