Almaniyanın “Adidas” şirkəti 1972-ci il Münhen Olimpiadasında ilk dəfə istehsal edilən retro idman ayaqqabılarının yer aldığı reklam kampaniyasına görə üzr istəyib.

Xatırladaq ki, həmin Olimpiada zamanı 11 israilli idmançı Fələstinin “Qara sentyabr” terror qruplaşması tərəfindən girov götürülərək öldürülüb.

“Biz faciəvi tarixi hadisələrlə əlaqə yarandığını başa düşürük. Halbuki bunlar qəsdən edilməyib. Yaranmış hər hansı bir çətinlik və ya acıya görə üzr istəyirik”, – deyə şirkətin rəsmi nümayəndəsi bildirib.

Kampaniyanın siması kimi Fələstin əsilli məşhur amerikalı model Bella Hadid seçilib. O, Fələstini İsraillə münaqişədə fəal şəkildə dəstəkləyənlərdəndir. Yəhudi icmalarının çoxsaylı narazılıqlarından sonra “Adidas” sosial şəbəkə hesablarındakı Hadidin bütün şəkillərini silib. Məsələ ilə əlaqədar İsrail dövlətinin rəsmi nümayəndələri də rəsmi X hesabında öz narazılıqlarını bildiriblər. Onlar şirkəti Hadidi kampaniyanın siması seçdiyinə görə qınayıblar.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp