“Zenit”in yarımmüdafiəçisi Vendel “Qalatasaray”a keçməyə yaxındır. Bu barədə türkiyəli jurnalist Haluk Yürəkli xəbər verib.

Mənbənin məlumatına görə, 26 yaşlı braziliyalı ilə 5 illik müqavilə imzalanacaq. Buna əsasən yarımmüdafiəçinin maaşı 4 milyon avro olacaq. Tərəflər artıq danışıqların son mərhələsindədirlər. Türkiyə klubu keçid üçün qarşı tərəfə 17 milyon avro ödəyəcək.

Vendel 2020-ci ildən “Zenit”də çıxış edir. O, ötən mövsüm 35 matçda meydana çıxıb, 4 qol vurub, 10 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı yarımmüdafiəçinin dəyərini 20 milyon avro qiymətləndirir. Onun Rusiya çempionu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Shares: