Gəncə Olimpiya İdman Kompleksində Gəncə Regional Voleybol Klubunun daxili birinciliyi keçirilib.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunan turnir yeniyetmə qızlar arasında baş tutub. Olimpiya sistemi ilə keçirilən yarışda 6 şəhər və rayondan (Gəncə, Samux, Mingəçevir, Yevlax, Bərdə və Goranboy) 8 komanda iştirak edib.

Gərgin keçən oyunlarda Mingəçevir komandası birinci, Yevlax komandası ikinci, Gəncə voleybolçuları isə üçüncü yerə layiq görülüb. İlk 3 yerə layiq görülən komandalar medal və diplomlarla təltif olunub, yarışın qalibi isə kubokla mükafatlandırılıb.

Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd perspektivli idmançıların seçilməsi və Gəncə RVK-nın əsas heyətinə cəlb olunmasıdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp