Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun yeni klubu “Radomyak” Polşa Ekstraklasasında mövsümün ilk oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, Radom təmsilçisi səfərdə “Katovise” ilə qarşılaşıb.
Oyun “Radomyak”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Rahil bu oyunda meydana çıxmaqla yeni klubunda debüt edib. O, 90+2-ci dəqiqədə oyuna daxil olub.
Məmmədov bir neçə gün əvvəl “Radomyak”la 2 illik müqavilə imzalayıb.