Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sabah”ın rəqibi “Makkabi” İsrail kubokunun oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, Hayfa klubu “Hapoel” (Beer-Şava) ilə qarşılaşıb.

Oyun “Makkabi”nin 3:0 hesabı ilə qələbəsi ilə yekunlaşıb. Bu qələbə ilə “Makkabi” kubokun yarımfinalına vəsiqə əldə edib.

“Sabah” “Makkabi”yə qarşı ilk matçı iyulun 25-də Macarıstanda, cavab qarşılaşması isə bir həftə sonra Bakıda keçirəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp