Azərbaycanlı hücumçu Rüfət Dadaşovun çıxış etdiyi Almaniyanın “Dinamo” (Berlin) “Sampdoriya” ilə yoxlama oyunu keçirib.

Futbolinfo.az xəbər verir ki, görüşdə “Dinamo” məşhur mütəxəssis Andrea Pirlonun baş məşqçilik etdiyi kollektivə 1:0 hesabı ilə qalib gəlib.

Komandanın qələbə qolunu isə 13-cü dəqiqədə Rüfət Dadaşov vurub.

O, start heyətdə meydana çıxıb və 61-ci dəqiqəyədək oynayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp