Azərbaycan millisinin futbolçusu Renat Dadaşov “Qrasshopper”dən ayrılmaq istəyir.

Futbolinfo.az xəbər verir ki, bu barədə İsveçrə mətbuat məlumat yayıb.

Bildirilib ki, 25 yaşlı hücumçu müntəzəm oynaya biləcəyi bir kluba keçmək niyyətindədir. İsveçrə Superliqasında yeni mövsüm start götürsə də, Dadaşov 1-ci turda “Luqano”ya 1:2 hesabı ilə məğlub olduqları qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.

Ötən mövsümü icarə əsasında “Hatayspor”da keçirən forvard İsveçrə klubundan mümkün qədər tez ayrılmaq arzusundadır.

Qeyd edək ki, Renat Dadaşovun “Qrasshopper”lə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.

Shares: