“Aston Villa”nın və Fransa millisinin futbolçusu Mussa Diabi Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-İttihad”la razılığa gəlib. Klublar yarımmüdafiəçinin keçidini 60 milyon avroya razılaşdırıblar.

Futbolnfo.az xəbər verir ki, 25 yaşlı futbolçu ilə 5 illik müqavilə bağlanacağı gözlənilir. 25 yaşlı oyunçu İngiltərə klubuna ötən yay “Bayer”dən 55 milyon avroya transfer olunmuşdu.

Qeyd edək ki, Diabi 2023-cü ildən formasını geyindiyi İngiltərə klubunda meydana çıxdığı 33 oyunda 6 qolla yadda qalıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp