Bu gün Çempionlar Liqası (ÇL), Avropa Liqası (AL) və Konfrans Liqasında (KL) 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.

Futbolinfo.az saytı xəbər verir ki, ilk olaraq Bakı vaxtı ilə saat 14:00-da ÇL-də bu raundun mümkün cütlükləri müəyyənləşəcək.

“Qarabağ” Cəbəllütariq təmsilçisi “Linkoln”u keçəcəyi təqdirdə “Ludoqorets” (Bolqarıstan – “Dinamo” (Minsk, Belarus), APOEL (Kipr) – “Petrokub” (Moldova), “Şemrok Rovers” (İrlandiya) – “Sparta” (Çexiya) cütlərindən birinə rəqib olacaq. Ağdam təmsilçisi səpələnmişlər səbətində yer alacaq.

“Qarabağ” – “Linkoln”un məğlubu mübarizəni AL-də davam etdirməli olacaq. Həmin turnirin 3-cü raundunun püşkatma mərasimi bir saat sonra reallaşacaq. “Qarabağ” üçün burada 3 mümkün rəqib var: APOEL (Kipr) – “Petrokub” (Moldova), “Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus), “Panevejis” (Litva) – “Yagelloniya” (Polşa).

Bakı vaxtı ilə saat 16:00-da isə Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılacaq. Azərbaycan klubları “Zirə”, “Sabah” və “Sumqayıt”ın potensial rəqibləri bilinəcək. Püşk zamanı “Sabah” – “Makkabi” (Hayfa) cütü səpələnmişlər arasında olacaq. “Sumqayıt” – “Fehervar” və “Zirə” – “Dunayska Streda” cütləri isə səpələnməmişlərdə yer alacaq.

Shares: