Bu gün Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan təmsilçilərinin bu raunddakı potensial rəqibləri də məlumdur.

Püşk saat 16:00-da atılacaq.

“Sabah” “Makkabi” (Hayfa, İsrail) səddini aşsa, bu komandalardan biri ilə düşəcək:

  1. Sent-Patrik (İrlandiya) – Vaduts (Lixtenşteyn)
  2. Mlada Boleslav (Çexiya) – Transinvest (Litva)
  3. İberiya (Gürcüstan) – Partizani (Albaniya)
  4. Radniçki (Serbiya) – Mornar (Monteneqro)
  5. Korvinul (Rumıniya) – Riyeka (Xorvatiya)

“Zirə” Slovakiyanın “Dunayska Streda” komandasını keçsə, aşağıdakı klublardan birinə rəqib olacaq. Elə “Sumqayıt” da “Fehervar”ı mübarizədən kənarlaşdırsa, məhz bu komandalardan biri ilə qarşılaşacaq:

  1. Kopenhagen (Danimarka) – Maqpies (Cəbəllütariq)
  2. Omoniya (Kipr) – Torpedo Kutaisi (Gürcüstan)
  3. Riqa (Latviya – Slask Vroslav (Polşa)
  4. Olimpiya Lyublyana – Polissya Jitomir (Ukrayna)
  5. Jrinski (Bosniya) – Bravo (Sloveniya)
  6. Osiyek (Xorvatiya) – Levadiya (Estoniya)
Shares: