Rafael Varan “Komo”ya keçməyə razılıq verib. MLS-dən, eləcə də ərəb ölkələrindən çoxsaylı təklifləri olan mərkəz müdafiəçisi Avropada qalmağı lazım bilib.
Futbolinfo.az xəbər verir ki, “Mançester Yunayted”dən ayrılan fransalı azad agentdir. O, İtaliya klubunun yeni baş məşqçisi Sesk Fabreqasın təklifinə “yox” deməyib.
Varan A Seriyası təmsilçisi ilə 1 il uzadılması mümkün olan 2 illik müqavlə bağlayacaq.