Türkiyədə legioner həyatı yaşayan futbolçularımız gözləmə mövqeyindədir. Onlar Türkiyə Futbol Federasiyasının yeni rəhbərliyinin qərarını gözləyir.

Futbolinfo.az xəbər verir ki, türkdilli ölkələrdən olan oyunçuların Türkiyədə legioner sayılmaması bir çox təmsilçimizin bura yolunu açmışdı. Yeni mövsümdən necə olacağı isə bəlli deyil. Məhz bu səbəbdən Coşqun Diniyev, Vüsal İsgəndərli, Sərtan Taşkın və başqaları yeni klub seçməyib. Elə “Neftçi”dən ayırlaraq qardaş ölkəyə yollanan Eddi İsrafilovun yeni iş yerinin indiyədək bəlli olmamasının da səbəbi budur.

Sözügedən futbolçular Türkiyədə legioner sayılacaqları halda ölkəyə qayıdıb yerli klublarda forma geyəcək. Çünki əcnəbi kimi onlara güvənilməsi ehtimalı azdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp