Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
Futbolinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibi bəlli olub.
2-ci təsnifat mərhələsində Cəbəllütariq klubu “Linkoln”la qarşılaşacaq ağdamlılar rəqibi keçəcəyi təqdirdə növbəti raundda “Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq.
Bu mərhələnin oyunları avqustun 6-7-də və 13-də keçiriləcək.