Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
Futbolinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da potensial rəqibi müəyyənləşib.
“Qarabağ” 2-ci təsnifat mərhələsində Cəbəllütariqin “Linkoln” klubunu keçərsə, növbəti mərhələdə “Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. Bu halda “Qarabağ” ilk oyunu evdə, cavab matçını isə səfərdə keçirəcək.
Qeyd edək ki, Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları avqustun 6-7-də, cavab matçları isə avqustun 13-də keçiriləcək.
Çempionlar Liqası
3-cü təsnifat mərhələsi
Çempionlar yolu
“Linkoln” – “Qarabağ” cütünün qalibi – “Lüdoqorets” – “Dinamo” (Minsk) cütünün qalibi
“Çelye” – “Slovan” cütünün qalibi – APOEL – “Petrokub” cütünün qalibi
“Şemrok Rovers” – “Sparta” cütünün qalibi – “Styaua” – “Makkabi” (Təl-Əviv) cütünün qalibi
“Malmö” – “Klaksvik” cütünün qalibi – PAOK – “Borats” cütünün qalibi
“Santa Koloma” – “Midtyulland” cütünün qalibi – “Ferentsvaroş” – TNS cütünün qalibi
“Panevejis” – “Yagellonya” cütünün qalibi – “Bodo Qlimt” – RFS cütünün qalibi
Liqa yolu
“Slaviya” – “Yunion”
“Lill” – “Luqano” – “Fənərbaxça” cütünün qalibi
“Dinamo” (Kiyev) – “Partizan” cütünün qalibi – “Reyncers”
“Zalsburq” – “Tvente”