“Dunayska Streda”nın futbolçusu Matey Trusa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə” ilə keçiriləcək ilk oyun öncəsi fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, 23 yaşlı hücumçu Slovakiya mətbuatına açıqlamasında turnirə qələbə ilə başlamaq istədiklərini bildirib.

Slovakiyanın gənclər millisinin sabiq üzvü hədəflərinin qrupa qədər irəliləmək olduğunu söyləyib: “Avrokuboklar barədə hələ çox danışmamışıq. Amma arzumuz Konfrans Liqasının qrupunda oynamaqdır. Rəqibin kimliyinin bizim üçün önəmi yox idi. İndi “Zirə” önünə mümkün qədər hazır çıxmaq üçün üzərimizdə çalışırıq. Bununla yanaşı, ölkə çempionluğu üçün də döyüşəcəyik. Həm çempionatda, həm də avrokuboklarda uğurlu nəticələr göstərmək üçün heyətimizi gücləndirməliyik”.

Qeyd edək ki, “Zirə” “Dunayska Streda” ilə ilk oyununu iyulun 25-də evdə, cavab görüşünü isə avqustun 1-də səfərdə keçirəcək.

Shares: