Təlim-məşq toplanışı üçün Ərzuruma gedən Azərbaycan klubları nəqliyyat problemi ilə üzləşiblər.
Futbolinfo.az xəbər verir ki, bu barədə “gazeteguncel.com” saytı məlumat yayıb.
“Dedeman” oteldə məskunlaşan “Neftçi”nin Ərzuruma birbaşa reys tapmadığı üçün Trabzondan ora avtobusla yollandığı bildirilib. Hətta komandanın Bakıya qayıdarkən də eyni marşrut üzrə hərəkət edəcəyi vurğulanıb.
Qeyd edək ki, Premyer Liqanın digər təmsilçisi “Araz-Naxçıvan” da Ərzurumda təlim-məşq toplanışındadır. “Səbail” isə artıq geri dönüb.