“Sabah”ın sabiq futbolçusu Xuan Kamara növbəti dəfə komandasını dəyişib.
Futbolinfo.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi karyerasında 12-ci komandası ilə anlaşıb.
“Vilyarreal”ın yetirməsi yenidən vətəni İspaniyada oynayacaq. Lakin yeni komandası sabiq klubları “Vilyarreal” və “Barselona”dan fərqli olaraq aşağı liqada çıxış edir. Belə ki, Kamara həvəskar səviyyə hesab edilən 5-ci liqada – yəni Terkara liqasında mübarizə aparan “Real Jaen”lə anlaşıb. O, qarşıdakı mövsümü adıçəkilən komandada keçirəcək.
Qeyd edək ki, Xuan Kamara 2021-22 mövsümünü “Sabah”ın heyətində keçirib.