İspaniyalı tennisçilər – Karlos Alkaras və Rafael Nadal Parisdəki Olimpiya kəndinə gəliblər. Bu, stolüstü tennis idmançısı misirli Hana Qodanın sosial şəbəkə hesabında fotosunu paylaşmasından sonra məlum olub.

21 yaşlı Karlos Alkaras və 38 yaşlı Rafael Nadal Parisdə keçiriləcək Olimpiya Oyunlarında qoşa yarışlarda birlikdə çıxış edəcəklər. Xatırladaq ki, Nadal ikiqat olimpiya çempionudur.

Olimpiadada tennis turniri iyulun 27-dən avqustun 4-dək “Rolan Qarros”un torpaq kortlarında keçiriləcək.

Shares: