Bərdə Olimpiya İdman Kompleksində üzgüçülük yarışı keçirilib. Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunan yarışda 2010-2012 və 2013-2015-ci il təvəllüdlü idmançılar mübarizə aparıb.
Futbolnfo.az xəbər verir ki, yarışda 40 (20 oğlan,20 qız) idmançı 25 metr məsafəyə üzməkdə güclərini sınayıblar.
Yarışda I, II və III yerləri tutan idmançılara Qarabağ Regional Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları, iştirakçılara isə sertifikatlar təqdim olunub.
BƏHRUZ MUSAYEV, BƏRDƏ