Yeniyetmələr arasında 110 metr məsafəyə maneələrlə qaçış üzrə dünya çempionu Saşa Joya 2024-cü il Olimpiadasının açılış mərasiminə şalvarda yox, ətəkdə getmək niyyətindədir.
22 yaşlı idmançının Fransa komandasının parad geyiminin qadın variantı ilə fraqmenti “France 2” telekanalında nümayiş etdirilib.
“2024-cü ildə biz hər şeyi həyata keçirə biləcəyik. Əgər qadınların şalvar geyinmək hüququ varsa, kişilər də ətək geyinə bilərlər. Bunda heç bir problem yaşanmamalıdır. Federasiya da buna icazə verib”, – deyə gənc idmançı bildirib.
İyunun əvvəlində Joya “Dior” moda evinin olimpiya səfiri seçilib. Saşa Avstraliyanın Pert şəhərində anadan olub. Onun atası fransız , anası isə Zimbabvedəndir. İdmançının üç pasportu var, lakin o, Fransanın heyətində yarışmaq qərarını verib. İdmanla yanaşı, Saşa baletlə də ciddi məşğul olur.
Fransa millisinin ev oyunları üçün geyim formasının dizaynını rusiyalı supermodel Natalya Vodyanovanın əri Antuan Arnaultun rəhbərlik etdiyi “Berluti” moda evi hazırlayıb.