“Neftçi” ilə yollarını ayıran Aqil Məmmədov karyerasını bitirməyə qərar verib.
Bunu futbolinfo.az saytına futbolçunun özü bildirib: “Hazırda Naxçıvanda istirahət edirəm. Heç bir klubla danışıqlar getmədi. Dizimdəki ağrılara görə karyeramı bitirməli oldum”.
Qolkiper 2015-2016, 2018-2024-cü illər ərzində “Neftçi”nin heyətində 112 oyun keçirib. 35 yaşlı Məmmədov həmçinin “Bakı”, AZAL, “Qəbələ” klublarında da çıxış edib.
GÜNAY SÜLEYMANOVA