İyulun əvvəlində “Neftçi”dən “Ximki”yə keçən rusiyalı futbolçu Reziuan Mirzov seçiminin səbəbini açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi TASS-a açıqlamasında ölkəsinə dönmək üçün bu addımı atdığını bildirib.

“Neftçi”də olarkən “Ximki”yə keçmək qərarına gəldim. Çünki evə – Rusiyaya qayıtmaq istəyirdim. Yenidən burada oynadığım üçün çox şadam. “Ximki mənim üçün yad klub deyil, burada hər şey xoşuma gəlir. Azarkeşlərimin önündə oynamaq xoşdur”, – deyə Mirzov söyləyib.

Qeyd edək ki, ötən mövsümün sonunda “Neftçi” ilə müqaviləsinə xitam verən Reziuan Mirzov “Ximki”yə azad agent kimi keçib.

Shares: