Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Futbolinfo.az xəbər verir ki, 2-ci oyun günündə 3 matç keçiriləcək. PAOK “Boraya Banya-Luka”nı, “Ludoqorets” “Dinamo”nu, “Tsele” isə “Slovan”ı qəbul edəcək.
Qeyd edək ki, Azərbaycan təmsilçisi “Qarabağ” bu mərhələdə “Linkoln” səddini adlayacağı təqdirdə 3-cü mərhələdə “Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. Ağdam təmsilçisi “Linkoln”a uduzarsa, Avropa Liqasının 3-cü təsnifat mərhələsində eyni cütün məğlubu ilə üz-üzə gələcək.
“Qarabağ” ötən gün ilk oyunda “Linkoln”a 2:0 hesabı ilə qalib gəlib.
21:30. PAOK (Yunanıstan) – Boraya Banya-Luka (Bosniya və Herseqovina)
22:00. Ludoqorets (Bolqarıstan) – Dinamo (Minsk, Belarus)
22:15. Tsele (Sloveniya) – Slovan (Bratislava, Slovakiya)