“Sumqayıt”la yollarını ayıran Orxan Sadıqlıya yeni təkliflər var. Təcrübəli qapıçı hətta xaricdən də dəvət alıb.

Bu haqda futbolinfo.az saytına futbolçunun özü məlumat verib: “Sumqayıt”la qarşılıqlı razılıqla yollarımızı ayırdıq. Özümə daimi oynaya biləcəyim bir komanda tapmaq istəyirəm. Həm Premyer Liqa, həm də I Liqa komandaları ilə danışıqlarımız olub. Bunlarla yanaşı, ölkə xaricindən də bir komanda mənimlə maraqlanıb. Onlarla da danışmışam. Hazırda cavab gözləyirəm. İnşallah ki, hansı xeyirli və daha uyğun olsa, ora gedəcəm”.

Qeyd edək ki, 31 yaşlı qolkiper ötən ilin yayından “Sumqayıt”da çıxış edirdi. Başa çatan mövsümdə 2 matça çıxan Orxan 3 top buraxıb.

GÜNAY SÜLEYMANOVA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp