20 qat “Böyük dəbilqə” çempionu, dünya reytinqinin keçmiş bir nömrəsi, isveçrəli Rocer Federer ESPN-in versiyasına əsasən 21-ci əsrin ən yaxşı tennisçisi seçilib.

İkinci yerdə “Böyük dəbilqə” turnirlərinin 24 qat qalibi, dünyanın keçmiş birinci raketkası, serb tennisçi Novak Cokoviç qərarlaşıb. İlk üçlüyü 22 dəfə “Böyük dəbilqə” turnirlərində çempion olan ispan tennisçi Rafael Nadal tamamlayıb.

Federer 2022-ci ilin sentyabrında Londonda keçirilən “Leyver kuboku”ndan sonra idmanı tərk edib. Rocer vida matçını ispaniyalı Rafael Nadalla cütlükdə keçirib.

Shares: