Fransanın GIGN jandarmasının xüsusi təyinatlı qüvvələri Parisdə keçiriləcək Olimpiya Oyunları zamanı 24 saat İsrail nümayəndə heyətinin təhlükəsizliyini təmin edəcək.

Bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanen məlumat verib.

“GIGN-ə İsrail nümayəndə heyətinin Fransaya gəlişinin ilk saniyəsindən yola düşənə qədər, eləcə də israilli idmançıların, hakimlərin və Olimpiya Komitəsinin üzvlərinin bütün sutka boyu mühafizəsi üçün xidmətdə olması əmr edilib. Onlar üçün təhlükə həddən artıq böyükdür.

Məqsədimiz israillilərə, eləcə də təhdid səviyyəsinin yüksək olacaq  digər nümayəndə heyətlərinə onların burada xoş qarşılandıqlarını izah etməkdir”, – deyə nazir qeyd deyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp