Azərbaycanın 18 yaşadək basketbolçu oğlanlardan ibarət millisi Albaniyada təşkil olunan Avropa çempionatının C Divizionunda mübarizəyə başlayır.
Futbolinfo.az xəbər verir ki, Anar Sarıyevin rəhbərlik etdiyi kollektiv bu gün Moldova millisi ilə qarşılaşacaq.
Yığmamız Bakı vaxtı ilə 18:00-da startı veriləcək görüşdə qalib gəlsə, yarımfinala vəsiqə qazanacaq.
Millimiz B qrupunda Moldova və Ermənistanla mübarizə aparır. Komanda sabah Ermənistanla qarşılaşacaq. Görüş Bakı vaxtı ilə 18:00-da başlayacaq.