2023-cü ilin dünya çempionu, “Bruklin Nets” komandasının üzvü, millinin kapitanı Dennis Şröder cüdoçu, Tokio Olimpiya oyunlarının bürünc mükafatçısı Anna-Mariya Vaqnerlə birlikdə Parisdə keçiriləcək Olimpiadanın açılış mərasimində Almaniya bayrağını daşıyacaq.

Dennis Şröder keçən il dünya çempionatının ən yaxşı basketbolçusu seçilib. Xatırladaq ki, ona qədər basketbolçular arasında yalnız Dirk Novitski ölkənin bayraqdarı funksiyasını yerinə yetirib.

Açılış mərasimində Şröderdən başqa daha iki basketbolçu öz ölkələrinin bayraqlarını daşıyacaq. Bunlar Yannis Antetokumbo və Lebron Ceymsdir.

Shares: