Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2034-cü il Qış Olimpiya Oyunlarının ABŞ-nin Solt-Leyk Siti şəhərində keçiriləcəyinə açıqlayıb.
Futbolinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə qərar BOK-un Parisdə keçirilən 142-ci sessiyasında qəbul edilib.
BOK komissiyasının 83 üzvü qərarın lehinə, 6 nümayəndə isə əleyhinə səs verib.
Olimpiya Oyunları Solt Leyk Siti şəhərində ikinci dəfə keçiriləcək. Daha əvvəl 2002-ci ildə sözügedən şəhər yarışlara ev sahibliyi edib.
2030-cu ildə XXVI Qış Olimpiya Oyunları Fransa Alplarında keçiriləcək.