“Zirə” sabah Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında Slovakiyanın “Dunayska Streda” klubu ilə qarşılaşacaq.
Futbolinfo.az xəbər verir ki, Slovakiya klubunun 25 yaşlı futbolçusu Kristian Herts paltardəyişmə otağında atmosferin çox gözəl olduğunu bildirib.
“Paltardəyişmə otağında atmosfer çox gözəldir. Bizi maraqlı oyun gözləyir. “Zirə” çox keyfiyyətli komandadır. Lakin bizim də çox yaxşı oyunçularımız var. Düşünürəm ki, sabah maraqlı qarşılaşma olacaq.
Keçən mövsümün sonunu çox yaxşı keçirdik, çoxlu qollar vurduq. İndi isə bunu “Zirə”yə qarşı tətbiq etməyə çalışacağıq. Ötən mövsümün sonlarında oyunçularda komanda ruhu çox yüksək idi, məşqdə qazandıqlarımızı meydanda tətbiq edirdik.
Mövsümün əvvəlində uğursuz nəticələr komandadakı atmosferə mənfi təsir göstərmişdi. Çox təəssüf ki, mən əvvəldən komandaya qoşulmamışdım. Komandaya qoşulduqdan sonra nəticələrimizin yaxşılaşdığını düşünürəm.
Azərbaycanla milli səviyyədə yollarımız kəsişib. Klub səviyyəsində bu, ilk olcaq. Renat Dadaşov haqda mənfi bir şey deyə bilmərəm. O, həm futbolçu kimi, həm də bir şəxsiyyət kimi çox gözəl insandır. Daim əlaqə saxlayırıq”.
İyulun 25-də keçiriləcək oyun saat 20:30-da start götürəcək.