Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2034-cü il Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün ABŞ-nin Solt Leyk Siti şəhərini seçib.

Bu qərar BOK-un Parisdə keçirilən 142-ci sessiyasında qəbul edilib. Komissiyanın 83 üzvü Solt Leyk Sitinin namizədliyinin lehinə, 6-sı isə əleyhinə səs verib. Solt Leyk Siti oyunlara ev sahibliyi etmək üçün yeganə ərizə olub.

Şəhər artıq 2002-ci ildə Qış Olimpiadasına ev sahibliyi edib. Bu, ABŞ-da keçirilən beşinci Qış Olimpiya Oyunları olacaq.

Shares: