“Neftçi”nin “Styaua”nın futbolçusu Siyabonqa Nqezana ilə maraqlanması Rumıniya mətbuatında ciddi ajiotaja səbəb olub.
Futbolinfo.az yerli KİV-ə istinadən xəbər verir ki, “Styaua”nın sahibi Gigi Becali də bu məsələyə münasibət bildirib.
Rumıniyalı futbol funksioneri Nqezana üçün “Neftçi”dən 7 milyon avroluq təklif aldıqları və müdafiəçinin Bakı klubu ilə anlaşdığı ilə bağlı xəbərləri təkzib edib. O, Cənubi Afrika millisinin üzvünün gələcək taleyində hələ bir yenilik olmadığını açıqlayıb: “Bu məlumatlar doğru deyil. Həmin milyonları kimin bazara çıxardığını bilmirəm. Əgər sizə deyirəmsə ki, mən heç nə bilmirəm, deməli, vəziyyət belədir”.
Qeyd edək ki, Siyabonqa Nqezananın “Styaua” ilə müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.