“Netçi”nin transfer gündəmində olan Murat Cem Akpınarın Azərbaycana gəlişi baş tutmaya bilər.
Futbolinfo.az xəbər verir ki, icarədən qayıdan 25 yaşlı yarımmüdafiəçi “Trabzonspor”un iştirak ərizəsinə salınıb.
Akpınar baş məşqçi Abdullah Avcının gələcək planlarına daxil olmasa da, oyunçu Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Rujomberok”la (Slovakiya) keçiriləcək matçların heyətində olacaq.
Son məlumata görə, “Neftçi” U-17 yığmamızın sabiq üzvü üçün 500 min dollar təklif edib, “bordo-mavililər”in tələbi 750 min dollardır.
Qeyd edək ki, “Trabzonspor” bu gün “Rujomberok”un qonağı olacaq.