“Kəpəz”dən ayrılan Kamran İbrahimov yeni klubu ilə müqavilə bağlayıb. Gənc qapıçı qarşıdakı mövsümü Yevlaxda keçiərcək.

I Liqa klubu “Karvan”la 1 illik müqavilə imzalayan Kamran seçiminin səbəbini “Futbolinfo”ya açıqlamasında izah edib: “Baş məşqçi Adil Şükürov komandada qalmağımı istəmədiyi üçün özümə yeni klub tapmalı oldum. Təkliflər var idi. Sadəcə, onlar içərisində “Karvan” daha iddialı görünürdü. Yaxşı, hədəfləri olan, çempionluğa oynayan komandadır. Hədəfim çempion olub, elitaya vəsiqə qazanmaqdır”.

“Neftçi” yetirməsi olan Kamran son iki mövsümü “Kəpəz”də keçirib. Amma 25 yaşlı qolkiper əsas heyətdə özünə yer edə bilməyib.

GÜNAY SÜLEYMANOVA

Shares: