“Neftçi”nin heyətinə qatmaq istədiyi ukraynalı futbolçu Vladimir Salyuk ölkəsində qalacaq.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi “Çernomorets”i “Metallist 1925”ə dəyişir.
Hazırda Ukrayna olimpiya yığmasının heyətində Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edən mərkəz müdafiəçisi “Çernomorets”də rəhbərliyi altında oynadığı Roman Qriqorçukun siyahısında idi. Həmçinin “Karpatı” və “Hammarbü” də bu keçiddə maraqlı idilər. Lakin odessalılar “Metallist 1925”in 500 min avroluq təklifini qəbul edib. Razılığa görə, Salyukun növbəti satışının müəyyən faizi də “Çernomorets”ə çatacaq.
Qeyd edək ki, “Dnepr-1” Ukrayna Premyer Liqasından kənarlaşdırıldığından, “Metallist 1925”in elitada qalmaq şansı yaranıb.