“Neftçi” daha bir transferə hazırlaşır.

Futbolinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Bakı klubu “Çernomorets”in vingeri Andrey Ştoqrini heyətinə cəlb edəcək.

“Ağ-qaralar”ın yeni baş məşqçisi Roman Qriqorçuk Odessa klubunda olanda 25 yaşlı futbolçu komandanın lideri olub. Ukraynalı mütəxəssis yenidən həmyerlisinin xidmətində maraqlıdır. Tərəflər arasında danışıqların müsbət məcrada keçdiyi və Ştoqrinin “Neftçi”yə keçməyə yaxın olduğu vurğulanıb.

Qeyd edək ki, “Çernomorets”in yetirməsi olan Andrey Ştoqrin 2019-cu ildən əsas komandada çıxış edir. Ötən mövsüm Ukrayna Premyer Liqasında keçirdiyi 30 oyunda 8 qol vurub, 5 məhsuldar ötürmə verən cinah oyunçusunun odessalılarla müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.

Shares: