Parisdə idmançılar Olimpiya kəndində qida çatışmazlığından şikayətləniblər.
“L’Equipe”in məlumatına görə, təşkilatçılar kifayət qədər qida olmasını təmin etmək üçün bəzi növ yeməkləri rasiona əlavə etməli olublar. Məsələn, idmançılar toyuq yumurtasının qıtlığından və bəzi digər məhsulların bitdikdən sonra yerinin doldurulmamasından şikayətlənirdilər.
Olimpiya kəndində fəaliyyət göstərən “Sodexo Live” restoranı bu məsələni həll etdiyini bildirib: “Biz idmançıların rəylərinə çox ciddi yanaşırıq və təchizatımızı Olimpiya kəndindəki restoranların artan tutumuna, eləcə də faktiki istehlaka uyğunlaşdırmağa çalışırıq.
Yumurta və qızardılmış ətə tələbat çox olduğuna görə tədarük həcmi artırılıb”.