Olimpiadada ilk dünya rekordu qeydə alınıb. Koreyalı atlet Si Hyun Lim Parisdə keçirilən Olimpiya Oyunlarında kamandan oxatmada dünya rekordunu yeniləyib.
Təsnifat zamanı o, 72 atışda 694 xal toplaya bilib. Bundan əvvəlki dünya rekordu 2019-cu ildə onun həmyerlisi Kanq Çae-Yeon (692) tərəfindən müəyyənləşdirilmişdi.
Əlavə edək ki, yarışda azərbaycanlı idmançı da iştirak edib. Yaylagül Ramazanova 647 xalla 39-cu yeri tutub.