“Kəpəz” daha bir legionerin xidmətindən imtina edib. Ezekiel Morqan bu il də komandanın baş məşqçisi Adil Şükürovun planlarına daxil deyil.

Futbolinfo.az xəbər verir ki, ötən mövsüm gəncəlilərlə müqavilə imzalayaraq I Liqada mübarizə aparan “İmişli”yə icarəyə verilən futbolçu yenə orada qalacaq. Sözügedən komanda Morqanı daha bir illik icarəyə göndərmək fikrindədir.

Qanalı futbolçunun xidmətində “Karvan” da maraqlıdır. Amma “Kəpəz”ə lazım olmayan legioner İmişlidə qalmaq qərarı verib.

Shares: