“Öncə futbolçularımı təbrik edirəm. Bu gün onlar yaxşı oynadılar”.

Futbolinfo.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda səfərdə Hayfa “Makkabi”sinə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Böyükhesablı qələbəyə baxmayaraq, o, hələ cütün taleyinin həll olunmadığını bildirib: “Təbii ki, biz ağır oyun olacağını gözləyirdik. Belə də oldu. “Makkabi” əla komandadır. Hələ heç nə həll olunmayıb”.

Xorvat mütəxəssis hələ də İsrail təmsilçisini favorit sayır: “Biz sadəcə ilk oyunu keçirmişik. Qarşıda isə cavab görüşü var. Konsentrasiyanı qorumaq lazımdır. Növbəti mərhələyə keçməliyik. Yenə də “Makkabi”ni favorit sayıram”.

Shares: