“Sumqayıt”ın sabiq futbolçusu Camaladdin Xocaniyazov komandasını dəyişib.

Futbolinfo.az xəbər verir ki, 28 yaşlı müdafiəçi bu dəfə Özbəkistana köçüb.

Rusiya millisinin keçmiş müdafiəçisi “Surxon” klubu ilə müqavilə imzalayıb. Rusiyada Premyer Liqaya yüksələn “Akron” onunla başa çatan müqaviləni yeniləməkdən imtina edib. Müdafiəçi “Surxon”a azad agent kimi keçib.

Qeyd edək ki, Xocaniyazov 2019-2022-ci illərdə Azərbaycanda “Sumqayıt”ın formasını geyinib.

Shares: