Meteoroloqlar Paris Olimpiadasının açılışı zamanı yağış ehtimalının yüksək olduğunu bildirib.

“Bu bir neçə saat ərzində fəlakət olacağını söyləyə bilərəm. Səhər bir neçə saatlığına yağış olacaq. Bu yağış elə də güclü olmayacaq. Lakin gün ərzində bir qədər sakitlikdən sonra yağışlar yenidən davam edəcək.

18-19 saat ərzində yağıntının ümumi miqdarı 25-30 mm-ə qədər olmalıdır. Bu isə cəmi bir neçə saat ərzində 15 günlük yağışa bərabərdir.

Kifayət qədər güclü yağış gözlənilir ki, bu da bütün İle-de-Frans bölgəsinə təsir edəcək”, – deyə fransalı sinoptik Patrik Marlier bildirib.

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Shares: