Fransada saxlanılan və Olimpiada zamanı asayişi pozmaqda şübhəli bilinən rusiyalı aşpaz Kirill Qryaznov imiş. Bu barədə Fransanın “Le Monde” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, o, Olimpiya Oyunlarında sabitliyi pozmaq üçün xarici dövlətlə əlbir olub. 40 yaşlı Rusiya vətəndaşı televiziyada aşpazlıq verilişlərində aparıcı olub və eyni zamanda Kurşeveldə bahalı restoranda işləyib.

Paris prokurorluğu artıq ona, Fransada düşmənçiliyi qızışdırmaq məqsədi ilə xarici dövlətin xeyrinə kəşfiyyat işi ilə bağlı ittiham irəli sürüb.

Shares: