“Əlimdən gələni etməyə çalışdım”.

Futbolinfo.az xəbər verir ki, bunu Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarındakı ilk matçı ilə bağlı danışarkən deyib.

N qrupunda He Bin Çzyaoya (Çin) uduzan idmançı rəqibinin iddialı olduğunu bildirib:

O, növbəti qarşılaşmada daha yaxşı oynamağa çalışacağını söyləyib: “Bu, mənim ilk olimpiadamdır. İstər-istəməz həyacan var idi”.

Badmintonçu növbəti matçını iyulun 29-da Böyük Britaniya təmsilçisi Kirsti Gilmora qarşı keçirəcək. Paris-2024 avqustun 11-də başa çatacaq.

Shares: