“Atletiko” “Real Sosyedad”ın mərkəz müdafiəçisi Robin Le Normandı transfer edib.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
İspaniya millisi ilə AÇ-2024-ün qalibi olan 27 yaşlı futbolçu tətildən qayıtdıqdan bir neçə gün sonra onunla rəsmi müqavilə imzalanacaq.
Le Normand ötən mövsüm klubda bütün turnirlərdə 43 oyuna çıxıb, 2 qol vurub.