Formula 1 üzrə dünya çempionatında Belçika qran-prisinin təsnifat mərhələsi geridə qalıb.

Narın yağış şəraitində keçən mərhələdə ən yaxşı nəticəni Maks Ferstappen göstərib. Niderlandlı pilot birinci olmasına baxmayaraq, yarışa 11-ci yerdən start verəcək.  Belə ki son çempionun 10 yerlik cəriməsi var.

İlk yerdən isə Şarl Lekler başlayacaq. Ondan sonrakı mövqeni Serxio Peres zəbt edib. Son yarışlarda uğurla çıxış edən “Maklaren” pilotları bu dəfə elə də sürətli olmayıblar.

Shares: